Moskva Qarabağın qaytarılması üçün Azərbaycana presedent yaratdı – İddia
Bizi izləyin

Dünya

Moskva Qarabağın qaytarılması üçün Azərbaycana presedent yaratdı – İddia

Moskva Qarabağın qaytarılması üçün Azərbaycana presedent yaratdı – İddia

Dünən Naxçıvan-Ermənistan sərhədində iki erməni hərbi qulluqçunun öldürülməsi erməni tərəfində ciddi narahatlıq yaradıb. Erməni mətbuatı hərbçilərin ölüm xəbərlərinin son vaxtlar tez-tez gəldiyini bildirir.

Publika.az xəbər verir ki, erməni ekspert Ovannes Mandakuni cəbhə xəttində qeydə alınan son itkilər fonunda maraqlı bir iddia ilə çıxış edib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynada tətbiq etdiyi presedenti Azərbaycan da tətbiq edə bilər: “Rusiya açıq şəkildə presedent tətbiq etdi ki, mübahisəli problemləri silahın gücü ilə həll etmək olar. Yəqin ki, növbə indi Azərbaycanındır. Azərbaycan da öz növbəsini gözləyir. Azərbaycan intensiv şəkildə Rusiyanın, bizim müttəfiqimizin silahı ilə silahlanır”.

Son zamanlar, xüsusilə Ukrayna hadisələrindən sonra hamının müharibə ehtimalından danışdığını bildirir. Onun sözlərinə görə, Azərbaycan və Türkiyənin ilk əlverişli fürsət yaranan kimi Rusiyanın yaratdığı presedentdən istifadə etməyə cəhd edəcəyi proqnozlaşdırılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm