İmam Həsənin türbəsində terror – FOTO
Bizi izləyin

Dünya

İmam Həsənin türbəsində terror – FOTO

İmam Həsənin türbəsinə terrorçu hücumu – ŞOK

Terror təşkilatı şiələrin 11-ci imamı Həsən Əl-Əsgərinin türbəsini uçurtmaq istəyib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, paytaxt Bağdadın şimalında yerləşən Samirə şəhəri İslamın sünni təriqətinə mənsub İraq Şam İslam Dövləti (İŞİD) terrorçuları tərəfindən işğal edilib.

Terrorçular şəhərdəki bələdiyyə və universitet binalarına öz bayraqlarını sancıblar. Bununla kifayətlənməyən İŞİD terrorçuları Samirə şəhərində yerləşən İmam Həsən Əl-Əsgərinin türbəsinə silahlı hücum edərək, abidəni fasiləsiz atəşə tutublar.

Xatırladaq ki, imam Həsənin türbəsi 2006-cı ildə də hücuma məruz qalmışdı. 2006-cı ildəki hücumda imam Həsənin türbəsinin günbəzi tamamilə məhv olmuş, hadisə sünni-şiə toqquşmasıyla nəticələnmişdi.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm