• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

KTMT “Yeni SSRİ”nin hərbi qurumuna çevriləcək

  • Dünya
  • 6 İyun 2014 17:06
  • 1 051 Baxış
KTMT “Yeni SSRİ”nin hərbi qurumuna çevriləcək

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) gələcəkdə Avrasiya İqtisadi İttifaqının hərbi qurumuna çevrilə bilər.

Publika.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə Minskdə görüşdə Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

Belarus dövlət başçısının sözlərinə görə, Avrasiya İqtisadi İttifaqına üzv ölkələri gələcəkdə ciddi inteqrasiya gözləyir.

“İttifaq çərçivəsində siyasi və hərbi inteqrasiya olacaq. Çünki iqtisadiyyat hər şeyin əsasıdır. Düşünürəm ki, tezliklə KTMT də bu ittifaqın bir hissəsi olacaq. Bu, bizim hərbi təşkilatımız olacaq”,– Lukaşenko bildirib.

Qeyd edək ki, hərbi-siyasi birlik olan KTMT 1992-ci ildə yaradılıb. KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, və Ermənistan daxildir. Özbəkistan 2012-ci ildə təşkilatdan çıxıb. Rəsmi Daşkənd qərarını KTMT-nin Əfqanıstanla bağlı strateji planları ilə razı olmaması ilə izah etmişdi. Bundan başqa, blok çərçivəsində hərbi əməkdaşlığın gücləndirilməsi planları Özbəkistan rəhbərliyini razı salmadığı deyilirdi.

Təşkilatın keçmiş sovet respublikalarının NATO alyansına cavabı kimi yaradıldığı deyilsə də, gözlənilən nəticə verməyib.

KTMT-nin baş katibi Nikolay Bordyuja isə mütəmadi olaraq Azərbaycanla müharibəyə başlayacağı təqdirdə təşkilatın Ermənistana kömək edəcəyi barədə bəyanatları ilə gündəmə gəlir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR