Ərdoğanın səs yazısı saxta çıxdı - VİDEO
Bizi izləyin

Dünya

Ərdoğanın səs yazısı saxta çıxdı - VİDEO

Ankara məhkəməsinin tələbi ilə TUBİTAK mütəxəssisləri baş nazir Rəcəb Tayyib Ərdoğana məxsus olduğu iddia edilən səs yazısını araşdıraraq nəticələrini açıqlayıb.

Ankara məhkəməsinin tələbi ilə TUBİTAK mütəxəssisləri baş nazir Rəcəb Tayyib Ərdoğana məxsus olduğu iddia edilən səs yazısını araşdıraraq nəticələrini açıqlayıb.

TUBİTAK-ın açıqlamasına görə, Ərdoğanla oğlu Bilal Ərdoğanın internetdə yayılan telefon danışıqları saxtadır.

Bildirilir ki, Türkiyədə qalmaqal yaradan səs yazısı mantajdır və həmin səs Ərdoğana məxsus deyil.

Qeyd edək ki, Türkiyədə 17 dekabr rüşvət əməliyyatı zamanı baş nazir Rəcəb Tayyib Ərdoğanla oğlu Bilal Ərdoğan arasında telefon danışığı iddia edilən səs yazısı internetdə yayılmışdı.

Səs yazılarında Baş nazirin oğlu Bilal Ərdoğana saxladığı pulları təcili evdən çıxararaq, lazım olan iş adamlarına verməsinin vacib olduğu bildirilir. Səs yazısında Bilal Ərdoğana aid olduğu iddia edilən səsin son olaraq 30 milyon avro qaldığını və onu da aparacağını söylədiyi eşidilir. /AzVision.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm