Slavyanskda Ukrayna ordusuna ağır zərbə
Bizi izləyin

Dünya

Slavyanskda Ukrayna ordusuna ağır zərbə

Slavyanskda Ukrayna ordusuna ağır zərbə

Separatçılar dünən Donetsk vilayətinin Slavyansk rayonunda Ukrayna ordusuna ağır zərbə vurub.

Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Slavyansk şəhərinin “xalq meri” Vyaçeslav Ponomaryov bildirib.

Onun sözlərinə görə, dünən Slavyansk ətrafında gedən döyüşlərdə Ukrayna ordusunun 20 ədəd zirehli texnikası məhv edilib. “Xalq meri” Slavyanskda Ukrayna ordusunun ümumilikdə 80 ədəd zirehli texnikasının olduğunu deyib.

Məlumata görə, hazırda Slavyanskda, həmçinin Kramatorsk aeroportu ərazisində Ukrayna ordusu ilə separatçılar arasında şiddətli döyüşlər gedir. Ukrayna ordusu artilleriyadan istifadə edir. Slavyanskda bir sıra ərazilərin işıqsız və susuz qaldığı bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm