Ukraynalı sabiq deputat: “Girovlar acdır, onlara su belə verilmir”
Bizi izləyin

Dünya

Ukraynalı sabiq deputat: “Girovlar acdır, onlara su belə verilmir”

Ukraynalı sabiq deputat: “Girovlar acdır, onlara su belə verilmir”

Separatçılar Donetsk vilayətinin Aleksandrovka qəsəbəsinin rəhbəri və onun müavinini oğurlayıb.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Donetsk vilayəti dövlət administrasiyasının mətbuat xidməti bildirib.

“Hazırda onlar Donetsk vilayəti dövlət administrasiyasının binasındadır”, - xəbərdə deyilir. Donetsk vilayətinin qubernatoru Sergey Taruta isə separatçılarda 200-ə qədər girovun olduğunu bildirib.

Donetsk Şəhər Şurasının sabiq deputatı Dmitri Verzilov da bir müddət terrorçuların girovluğunda olub. “Azadlıq” radiosuna danışan sabiq deputat da girovların Donetsk vilayətinin dövlət administrasiyası binasının zirzəmisində saxlandığını təsdiqləyib.

“Binanın zirzəmisi çox qaranlıqdır. Oradakı yüzlərlə girov acdır, onlara su belə verilmir. Zirzəmiyə birinci mərtəbədən su damcılayır”, – D.Verzilov deyib.

Sabiq deputatın sözlərinə görə, terrorçuların nəzarətində olduğu bir neçə saat onun baxışlarını kəskin şəkildə dəyişdirib: “Düşünürdüm ki, bu insanların həqiqətən də hansısa bir siyasi mövqeyi, proqramı var. Amma mən girovluqda olduğum müddətdə quldurluq gördüm. Sadə insanlar bunu bilmirlər”.

D.Verzilovun sözlərinə görə, terrorçular girovları, sadəcə, pul almaq üçün saxlayırlar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm