Ukrayna və Rusiya arasında “buzlar əriyir” – Foto
Bizi izləyin

Dünya

Ukrayna və Rusiya arasında “buzlar əriyir” – Foto

Ukrayna və Rusiya arasında “buzlar əriyir” – Foto

Ukraynaya məxsus Krım yarımadasının Rusiyaya birləşdirilməsindən sonra ilk dəfə iyunun 6-da iki ölkə liderinin görüşü olub.

Dörd aylıq münaqişədən sonra prezidentlər Fransada, Normandiya cəbhəsinin açılmasıyla bağlı anım mərasimində görüşüblər.

On beş dəqiqəlik görüşdə Rusiya prezidenti Vladimir Putin və Ukraynanın yeni seçilmiş prezidenti Petro Poroşenkodan başqa, Fransa prezidenti Fransua Olland və Almaniya Kansleri Angela Merkel də iştirak edib.

Moskva və Kiyev rəhbərləri əl tutub görüşdükdən sonra atəşkəs barədə danışıqlar aparıblar. Tərəflər həmçinin Rusiya hökumətinin Ukraynadakı seçkilərin nəticələrini tanıması və iqtisadi əməkdaşlıq məsələlərini də müzakirə ediblər.

Poroşenkonun fotoların birində Merkel və Putinin yanında qaşqabaqlı dayanması diqqət çəkib.

Ukraynanın “İnterfaks” xəbər agentliyinin verdiyi məlumata görə, münaqişənin nizama salınması üçün Poroşenko Rusiya prezidentini ölkəsinə dəvət edib.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm