Poroşenkonun andiçmə mərasimi – (CANLI İZLƏ)(YENİLƏNİB)
Bizi izləyin

Dünya

Poroşenkonun andiçmə mərasimi – (CANLI İZLƏ)(YENİLƏNİB)

P.Poroşenko Ali Radanın hazırkı tərkibinin cəmiyyətin əhval-ruhiyyəsinə cavab vermədiyini deyib. Donetsk vilayətində növbədənkənar seçkiləri keçirməyə hazır olduğunu deyən prezident Ukraynanın ərazi bütövlüyünün müzakirə mövzusu olmadığını bildirib.

O, Rusiya ilə münasibətlərdən də danışıb. Yeni prezident Rusiya ilə münasibətlərin qaydaya salınmasının vacib olduğunu vurğulayıb.

13:21

Ukrayna prezidenti P.Poroşenko Ali Radada and içdikdən və çıxışından sonra Sofiya meydanına yola düşüb. Bununla da onun inaqurasiyasının birinci hissəsi başa çatıb.


Sofiya meydanında çıxış edən Poroşenko Ukraynanın vahid və unitar dövlət olaraq qalacağını bildirib.

"Məhz Avropa təcrübəsi bizİ təhrik edir ki, səlahiyyətlərin əhəmiyyətli hissəsini mərkəzdən yerli hakimiyyət orqanlarına ötürmək lazımdır. Demərkəzləşdirmə üzrə islahat bu il Konstitusiya dəyişikliklərində əksini tapacaq. Yerli hakimiyyət orqanları yeni səlahiyyətlər alacaq, amma Ukrayna unitar dövlət olaraq qalacaq. Federasiya halına salınması haqqında sayıqlama Ukrayna torppaqlarına aid deyil", - Poroşenko vurğulayıb.

12:47

P.Poroşenko Avropa İttifaqı ilə assosiasiya haqqında müqaviləni mümkün qədər tez imzalayacağına söz verib. Onun sözlərinə görə, bu Avropa İttifaqına tamhüquqlu üzv olmaq yolunda ilk addım olacaq.

Yeni prezidenti Ukrayna dilinin ölkənin tək dövlət dili olacağını bildirib. O, Krımın Ukraynanın olduğunu və bundan sonra da belə olacağını vurğulayıb. Poroşenko söz verib ki, Rusiya muzdluların ölkədən çıxması üçün dəhliz yaradılacaq. O, keçmiş prezident Viktor Yanukoviçin terrorçuların maliyyələşdirilməsində tam məsuliyyət daşıdığını söyləyib.

P. Poroşenko andiçmədən əvvəl Ukraynanın şərqində və Maydan hadisələrində həlak olanları bir dəqiqəlik sükutla yad edib.

P. Poroşenko Ali Radada çıxışında ölkənin şərqindəki qarşıdurmalarda ağır cinayətlərdə iştirak etməmiş iştirakçılara amnistiya söz verib. Yeni prezident separatçıları təslim olmağa çağırıb: "Mən müharibə istəmirəm, mən sülh istəyirəm. Mən hamıdan təslim olmağı xahiş edirəm”.

İnaqurasiya mərasimi altı dildə translyasiya edilir.

Mərasimdə Ukraynanın keçmiş prezidentləri Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşenko, həmçinin ABŞ-ın vitse-prezidenti Co Bayden, Polşa prezidenti Bronislav Komorovski, Litva prezidenti Dalya Qribauskayte, İsveçrə prezidenti Didye Burkxalter, Gürcüstan prezidenti Qeorgi Marqvelaşvili, ATƏT-in baş katibi Lamberto Zaner və Belarus prezidenti Aleksandr Lukaşenko iştirak edir.

12:18

Hazırda Ukraynanın beşinci prezidenti Pyotr Poroşenkonun inaqurasiya mərasimi keçirilir.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, rəsmi mərasimə beynəlxalq təşkilatların rəhbərləri, dövlət başçıları və hökumət rəhbərləri dəvət edilib.

Mərasimdə 20 prezident iştirak edir. Mərasimdə Rusiyanın hansı səviyyədə təmsil olunacağı məlum deyildi. Ukrayna Xarici İşlər Nazirliyinin informasiya siyasəti departamentinin direktoru Yevgeni Perebiynis keçirdiyi brifinqdə Rusiyanın Ukraynadakı müvəqqəti işlər vəkili səviyyəsində dəvət edildiyini bildirmişdi. Ancaq Viktor Yanukoviçin 24 fevral tarixində qaçışından dərhal sonra məsləhətləşmələr üçün geri çağırılan Rusiya səfiri Mixail Zurabov mərasimdə iştirak edir.

Yeni seçilmiş prezident Ali Rada və Sofiya meydanında çıxış edəcək.

İnaqurasiya mərasimində təhlükəsizliyi təmin etmək üçün paytaxta əlavə qüvvələr cəlb edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm