İran prezidenti azərbaycanlı milyarderdən danışdı
Bizi izləyin

Dünya

İran prezidenti azərbaycanlı milyarderdən danışdı

İran prezidenti Həsən Ruhani Türkiyədə qaçaqmalçılıq və rüşvət əməliyyatında saxlanan cənubi azərbaycanlı iş adamı Rza Zərrabın həbsinə münasibət bildirib.

Prezident jurnalistƏrtoğrul Özkökün suallarını cavablandırarkən iş adamından danışıb.

O, jurnalistin “Türkiyədə 4 nazirin adının hallandığı qaçaqmalçılıq məsələsindən, yəqin, xəbərdarsınız. İstintaqda iran əsilli iş adamı Rza Zərrab və İran vətəndaşı Babək Zəncaninin də adı hallanır. Bu hadisəni izləyirsiz?” sualına prezident belə cavab verib:

“Bu məsələ Türkiyənin daxili işidir. Bu məsələ bizim yox, Türkiyə ədalətinin məsələsidir. Prosesləri izləyirik, amma bunun bizə bir aidiyyatı yoxdur”.

Qeyd edək ki, Rza Zərrab 2013-cü il dekabrın 17-də rüşvət və qaçaqmalıçılıq əməliyyatı zamanı saxlanılıb./AzVision.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm