Ərdoğana qarşı sui-qəsd
Bizi izləyin

Dünya

Ərdoğana qarşı sui-qəsd

İstanbulda açılış mərasiminə qatılan baş nazirə qarşı silahlı hücum planlandığı məlum olub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazir R.T.Ərdoğan dünən İstanbulda Sultanqazi Bələdiyyəsinin əlavə xidmət binasının açılışında iştirak edib. Tədbir zamanı cangüdənlər kütlənin içərindəki adamlardan birinin əlində silah olduğunu görüblər. Cangüdənlərin ona tərəf gəldiyini görən sui-qəsdçi əlindəki silahı Ərdoğanın avtomobilinə tərəf atıb. Zərərsizləşdirilən sui-qəsdçi mülki avtomobilə mindirilib və ərazidən uzaqlaşdırılıb.

Polisdən verilən məlumata görə, baş nazirin avtomobilinə atılan silahın darağı boş imiş. Lakin atəş üçün hazır saxlanılan 9 mm ölçüsündə güllə də təsbit edilib. Bununla sui-qəsdçinin 32 yaşlı F.Y. (ad açıqlamır – red.) olduğu ortaya çıxıb. Saxlanılan şəxs ifadəsinin alınması üçün Terrorla Mübarizə İdarəsinə aparılıb.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm