Gəzi imamı: “Ayasofya kilsə olmalıdır”
Bizi izləyin

Dünya

Gəzi imamı: “Ayasofya kilsə olmalıdır”

Gəzi imamı: “Ayasofya kilsə olmalıdır”

“Anti-Kapitalist Müsəlmanlar” qrupunun lideri Ehsan Əliaçıq maraqlı təklif irəli sürüb.

Publika.az xəbər verir ki, Ehsan Əliaçıq “Gəzi” hadisələri zamanı aktivlik göstərən və Baş nazir Ərdoğana qarşı ən ciddi mövqe qoyan islam alimlərindən biridir. Gəzi hadisələri zamanı Ərdoğan bir televiziyada canlı yayıma çıxmışdı. Və kütləni sakitləşdirmək üçün Gəzi parkının yerinə alış-veriş mərkəzi ilə bərabər məscid də tikiləcəyini söz vermişdi. Lakin Ehsan Əliaçıq verdiyi açıqlamada “məscidi uçurtmaq caizdir” demişdi. Gəzi hadisələri boyunca Sultan Əhməd məscidində namaz qıldıran Ehsan “Gəzi imamı” ləqəbi qazanmışdı.

İlahiyyatçı Ehsan Əliaçıq bu dəfə isə şok bir twit atıb. Ehsan twitterdəki hesabında “Ayasofya ən əvvəlki vəziyyətinə qaytarılmalıdır. Kilsə olmalıdır. Sultan Əhməddə azan, Ayasofyada zəng səsləri birlikdə yüksəlməlidir. İslam budur” deyə çıxış edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm