ŞOK: Ərdoğan Dədə Qorqudu lağa qoydu - VİDEO
Bizi izləyin

Dünya

ŞOK: Ərdoğan Dədə Qorqudu lağa qoydu - VİDEO

Türkiyədə prezident seçkilərində hakim “Ədalət və İnkişaf Partiyası”nın namizədi kim olursa-olsun, islahatlar davam etdiriləcək. Bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyə İxracatçılar Məclisinin toplantısında çıxışı zamanı bəyan edib. Ərdoğa

Türkiyədə prezident seçkilərində hakim “Ədalət və İnkişaf Partiyası”nın namizədi kim olursa-olsun, islahatlar davam etdiriləcək. Bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyə İxracatçılar Məclisinin toplantısında çıxışı zamanı bəyan edib. Ərdoğan növbəti dəfə müxalifət partiyalarının prezident seçkiləri kampaniyasını tənqid edib.

Baş nazir deyib: ”Zənn edirsiniz ki, Dədə Qorqud gələcək, sifətlərə baxacaq, söz söyləyəcək, boy boylayacaq. Bizim müxalifət nağıl dünyasında gəzir. 30 martda bunların damı uçdu. İndi özlərinə başqa dam axtarırlar. Bu ölkənin damı “Ədalət və İnkişaf Partiyası"dır”.

Baş nazirin sözlərinə görə, CHP və MHP-nin ən çox axtardığı meyar “dövlət başçısı siyasətdən kənarda qalsın” meyarıdır. "Həm siyasətçi olacaqsan, həm də "dövlət başçısı siyasətdən kənarda qalsın" deyəcəksən. Bu, siyasətçinin özünü inkar etməsidir”,- deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Avqustun 10-da tarixi bir seçkinin keçiriləcəyini vurğulayan Ərdoğan qeyd edib ki, ölkə tarixində ilk dəfə xalq özü dövlət başçısını seçəcək. Dövlət başçısının xalq tərəfindən seçilməsi başda iqtisadiyyat olmaqla, bütün sahələrə müsbət təsir göstərəcək. /ans tv/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm