• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Obama tədbirdə saqqız çeynədi, fransızlar əsəbləşdi

  • Dünya
  • 8 İyun 2014 07:18
  • 532 Baxış
Obama tədbirdə saqqız çeynədi, fransızlar əsəbləşdi

ABŞ prezidenti Barak Obamanın Normandiyada saqqız çeynəməsi fransızların xoşuna gəlməyib.

Fransızlar ABŞ prezidentinin II dünya müharibəsində Fransanın Normandiya əyalətinə desant çıxarmasının 70 illiyi ilə bağlı təşkil edilmiş mərasimdə saqqız çeynəməsini tənqid atəşinə tutublar. B.Obamanın bu hərəkəti sosial şəbəkələrdə müzakirə edilib. Fransızlar birmənalı olaraq ABŞ prezidentinin mərasimdə saqqız çeynəməyinə qarşı çıxıb.

Xatırladaq ki, ABŞ prezidenti Barak Obamanın 2013-cü ilin dekabrında Cənubi Afrika Respublikasının prezidenti Nelson Mandelanın dəfn mərasimində saqqız çeynəməsi də tənqid edilmişdi. Bəzi məlumatlara görə, siqareti yeni tərgidən Obama nikotinli saqqızlara üstünlük verir. /Musavat/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR