Prezident jurnalisti təhqir elədi - VİDEO
Bizi izləyin

Dünya

Prezident jurnalisti təhqir elədi - VİDEO

Gürcüstan prezidenti Georgi Marqvelaşvili media nümayəndələrini təəcübləndirməkdə davam edir.

Bu dəfə o, yerli telekanalın əməkdaşını təhqir edib. "İmedi" telekanalının əməkdaşı ona yaxınlaşaraq, məsələyə münasibətini öyrənmək istəyib. Media mənsubunun müraciətini əvvəlcə cavablandırmaq istəyən Marqvelaşvili, "biz hamımız çox şadıq", - deyib və sonra etinasız şəkildə hadisə yerini tərk edib.

Bu olay sosial şəbəkədə ciddi qalmaqal yaradıb. Gürcü internet istifadəçiləri dövlət başçısını bu hərəkətinə görə ciddi tənqid edirlər. Onların fikrincə, prezidentin jurnalistə bu etinasızlığı əslində minlərlə tamaşaçıya etinasızlıqdır.

Xatırladaq ki, Prezident Marqvelaşvili ilə bağlı bu cür hadisələr ilk dəfə deyil. Mütəxəssislər onun hələ də media əməkdaşları ilə ünsiyyət qurmaqda ciddi probleminin olduğunu vurğulayırlar. /Axar.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm