Naməlum silahlılar hava limanına hücum ediblər
Bizi izləyin

Dünya

Naməlum silahlılar hava limanına hücum ediblər

Pakistanın Karaçi şəhərində naməlum silahlılar hava limanına hücum ediblər.

Pakistanın Karaçi şəhərində naməlum silahlılar hava limanına hücum ediblər.


Axşam saatlarında baş tutan hücuma təhlükəsizlik qüvvələri müdaxilə ediblər.

Silahlı qarşıdurmalar zamanı azı 5 nəfər ölüb, bir nəfər ağır yaralanıb. Ölənlər arasında mülki vətəndaşlar da var.

Fövqəladə vəziyyətlə əlaqədar hava limanı sahəsi dərhal təxliyə olunub.

Təhlükəsizlik qüvvələri bölgəni nəzarətə götürüblər. Faktla əlaqədar istintaq başladılıb.

Polis hələlik heç kimin hücuma görə məsuliyyəti öz üzərinə götürmədiyini bildirib. /Associated Press/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm