Dünya
Göydələnlərin sürətli inşası üçün YENİ QURĞU - FOTOLAR
Çinli mühəndislər daha bir layihə ilə dünya mediasını
fəth ediblər. Belə ki, hündürmərtəbəli binaların tikilməsində
işçilərin işlərini asanlaşdırmaq məqsədilə divardan asılan
platformalar yaradıblar.
Publika.az xəbər verir ki, “Dırmaşan div”
adlandırılan inşaat qurğusunun çəkisi 2 min ton təşkil edir və 12
hidravlik domkrat vasitəsilə binanın növbəti mərtəbəsinin tikintisi
sona çatdıqca hündürlüyə qalxan platforma şəklindədir. Sözügedən
qurğu 2 min ton ağırlığa davam gətirə bilir. İlkin məlumatlara
görə, qurğunun köməkliyi ilə 500 metr hündürlükdə sabit işləməyə
şərait yaradıla bilir.
Bildirilir ki, modernləşdirilmiş avadanlıq tikinti prosesinin müddətini 20-30 faizə qədər tezləşdirir. Hazırda qurğu Çinin Uxan vilayətində göydələnlərin inşası üçün istifadə olunur. Qurğunun köməkliyi ilə 119 mərtəbəli göydələnin inşası nəzərdə tutulub. Mühəndislər binanın cari ilin sonuna qədər tam şəkildə təhvil verəcəklərini bildiriblər.
Könül Cəfərli
-
Nida Xəbər 17:37
AMEA-nın nəzdindəki muzey nazirliyə verildi
-
Nida Xəbər 17:13
Baş nazir bu qaydaları təsdiqlədi
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı