Türkiyədən ərəb dünyasına "F-16" mesajı
Bizi izləyin

Dünya

Türkiyədən ərəb dünyasına "F-16" mesajı

Türkiyə, Səudiyyə Ərəbistanının rəhbərliyində olan bəzi Ərəb ölkələrinin hədəfi olan Qətərlə hərbi strateji və əməkdaşlıq haqqında razılaşmasını yeni mərhələyə qaldırır.

Publika.az xəbər verir ki, Ərəb dünyasının etirazına baxmayaraq, Türk Silahlı Qüvvələrinin (ASK) Qətərdə hərbi baza qurdu və ilk dəfə olaraq Türk Hava Qüvvələrinə məxsus döyüş təyyarələri bu ölkədə keçiriləcək hərbi təlimlərdə iştirak edəcək.

Belə ki, 2014-cü ilin dekabr ayını 19-da Tükiyə ilə Qətər arasında imzalanan birgə müdafiə müqaviləsinə əsasən, Türkiyə bu ölkəyə hərbiçilərini göndərib. Bu gün başlayacaq və ayın 29-na qədər davam edəcək "Şahin-20" adlı təlimdə Türk Hava Qüvvələrinə məxsus 3 ədəd "F-16" tipli təyyarə iştirak edəcək. Tük Hava Qüvvələri ilə yanaşı təlimdə Birləşmiş Qüvvələr Komandanlığı üzvləri də iştirak edəcək.

Təlimlərin məqsədi Türkiyədən gələn hərbi qüvvələrin təlimləri ilə Qətər Silahlı Qüvvələrinin mübarizə qabiliyyətinin artırılması, eləcə də Türkiyə və Qətər Hava Qüvvələri arasında dostluq, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, qarşılıqlı məlumat və təcrübə mübadiləsinin aparılmasıdır.

Xatırladaq ki, Ərəb ölkələri arasındakı böhranın ardından Türkiyə Qətərlə hərbi əməkdaşlıq müqaviləsini sürətləndirmiş və ötən ilin iyun ayından Türk əsgəri bu ölkəyə daxil olmağa başlamışdı. İki ölkənin hərbi hava və dəniz qüvvələri birlikdə quruda və dənizdə təlim xarakterli hərbi əməliyyatlar keçiriblər.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm