• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

ŞOK: Kreml Saakaşvilini beynəlxalq axtarışa verir

  • Dünya
  • 9 İyun 2014 12:18
  • 289 Baxış
ŞOK: Kreml Saakaşvilini beynəlxalq axtarışa verir

Rusiya Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilini beynəlxalq axtarışa vermək niyyətindədir.

Axar.az xəbər verir ki, Rusiya Federasiyasının İstintaq Komitəsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvillinin və bir sıra keçmiş yüksək vəzifəli şəxslərin beynəlxalq axtarışa verilməsini tələb edəcəyini bəyan edib.

Onlar Gürcüstanın keçmiş hökumətini soyqırım törətməyə cəhddə, Cənubi Osetiyada osetinləri məhv eləməyi qarşılarına məqsəd qoymaqda günahlandırır.

Markinin sözlərinə görə, beynəlxalq axtarış üçün bütün lazımi sənədlər və prosedurlar keçirilib. Artıq yaxın iki gündə İnterpola rəsmən müraciət ediləcək.

Qeyd edək ki, 2008-ci ildə Cənubi Osetiyada Rusiya ilə Gürcüstan arasında hərbi münaqişə yaşanmışdı. Öz torpaqlarında separat rejimə son qoymağa çalışan Gürcüstan rəhbərliyi məhz Rusiyanın müdaxiləsi nəticəsində ərazisinin bir hissəsini itirmişdi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR