Pakistanda qanlı gün: 50-dək ölü – FOTOLAR
Bizi izləyin

Dünya

Pakistanda qanlı gün: 50-dək ölü – FOTOLAR

Bəlucistan əyalətinin İran sərhədindəki Taftan bölgəsində iki kamikadze hücumu olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Pakistanın İranla həmsərhəd olan Taftan vilayətinin iki müxtəlif bölgəsinə kamikadze hücumu təşkil olunub. İrandan Pakistana şiə sərnişinləri aparan 10 avtobus bir hotelin qarşısında dayandığı zaman terrora məruz qalıb. Nəticədə, ilkin versiyalara görə, 22 nəfər ölüb, onlarla şəxs də yaralanıb.

Bundan başqa, elə həmin gün Kəraçidəki Cinnah Beynəlxalq Hava Limanına təşkil olunan hücumdan sonra hüquq mühafizə orqanları orada əməliyyat keçiriblər. Nəticədə hüquq-mühafizə orqanlarının 13 əməkdaşı da olmaqla, 23 nəfər həlak olub, 18 nəfər yaralanıb.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm