Məşhur aktyorun sevgililəri - Fotolar
Bizi izləyin

Dünya

Məşhur aktyorun sevgililəri - Fotolar

Bu gün Hollivud aktyoru Conni Deppin 51 yaşı tamam olur. Bununla belə, sevimli aktyorun həyat və yaradıcılığı hər zaman gündəmdədir. Xəbər verildiyi kimi, yaraşıqlı Depp 2014-cü ilin payız aylarında Ember Herdlə rəsmi nikaha girəcək. Lakin biz bu gün Emberə rast gələnədək aktyorun taleyində rol oynamış digər qadınlardan danışacağıq.

Conni Deppin həyatında ilk ciddi münasibət 1983-cü ildə yaşanıb. Gənc aktyor, rəssam Lori Enn Elisona dəlicəsinə vuruldu və vaxtı uzatmadan həmin ildə də onunla ailə həyatı qurdu. Cütlük birgə musiqi qrupu yaratmaq niyyətindəydi. Lakin ehtirasla başlanan sevgi iki ildən sonra başa çatdı. Depp və Elison 1985-ci ildə boşandılar. Lori aktyor Deppin hələlik yeganə rəsmi arvadı olub.

Loridən sonra Depp aktrisa Şerilin Fenn ilə görüşməyə başladı. “Tvin Piks” serialının qəhrəmanı olan bu xanım Deppin qəlbini 3 illik müddətə fəth edə bildi. Lakin cütlük 1988-ci ildə ayrıldı və Conni “Çirkin rəqslər” filmində rol alan Cennifer Qreylə sevgi macərası yaşadı. Münasibətlər bir ildən çox çəkməsə də, aktyor Cenniferə evlənməyi təklif etdi. Lakin toy yenə də baş tutmadı.

1989-cu ildə Conni həyatının “ən böyük sevgisi” olan Vaynona Rayderlə tanış oldu. Bir neçə aydan sonra cütlük birgə yaşamağa başladı. Qısa müddət sonra hətta evlənməyi də düşündülər. Depp sevgilisinin şərəfinə “Winona Forever” (“Əbədiən Vaynona”) tatusunu bədəninə döydürdü. Cütlük ayrıldıqdan sonra aktyor onu “Wine Forever” (“Əbədi içki”) tatusuna dəyişdi. Conni və Vaynona bir-birini ehtirasla sevirdilər, hətta onlar birgə filmdə də çəkildilər. Lakin dörd ildən sonra cütlük ayrıldı.

Depp 1994-cü ildə model Keyt Moss ilə sevgi həyatına başladı. Bu, Deppin həyatında ən qalmaqallı və çox müzakirə olunan sevgi macərası idi. Depp və Mossun münasibətlərində seks, narkotik maddələr, rok musiqisi ilə bağlı ictimai qalmaqallar üstünlük təşkil edirdi. Depp səs-küylü sevgi macərasına rəğmən, evlilik haqda düşünürdü. Lakin Keyt uşaq sahibi olmağa hazır deyildi. Beləliklə, onlar 4 ildən sonra ayrıldılar.

Vanessa Paradi aktyorun həyatında 1998-ci ildə peyda oldu. Tanışlıqdan bir il sonra Vanessa ona Lili-Roz adlı qız övladı bəxş etdi. 2002-ci ildə isə cütlüyün oğlu dünyaya gəldi. Vanessa və Conni Fransada mətbuatın gündəmindən uzaq nə az, nə çox, düz 14 il birgə ömür sürdülər. Amma heç nə əbədi deyil və 2011-ci ildə ailəli kişinin həyatında başqa bir qadın peyda oldu.

Aktyor bu dəfə gənc aktrisa Ember Herdlə tanış oldu və tezliklə Vanessadan ayrıldı. 2010-cu ilədək Ember qadın fotoqrafla birgə yaşamışdı. Lakin Deppə rast gələrkən onun yaraşığına tab gətirməyən Ember həmcinsindən ayrıldı. Depp də Emberin füsunkarlığına etinasız qalmayıb, ona evlilik təklif edib.

İndi cütlüyün toy mərasimini bütün dünya gözləyir. Depp rəsmi nikahı payız aylarında bağlayacağına ümid edir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm