Ermənilər təhlükəsizlik üçün Bakıdan təminat istəyir
Bizi izləyin

Dünya

Ermənilər təhlükəsizlik üçün Bakıdan təminat istəyir

Ermənilər təhlükəsizlik üçün Bakıdan təminat istəyir

Ermənistanın iki deputatı NATO Parlament Assambleyasının (PA) Cənubi Qafqazla bağlı iyunun 16 -18-də Bakıda keçiriləcək “Rose-Roth” seminarında iştirak edə bilər.

Publika.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, ermənilər bunun üçün təhlükəsizliyə zəmanət istəyir.

Ermənistanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri, parlament üzvü Koryun Naapetyan bu barədə keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, 30 may –1 iyun tarixlərində Vilnüsdə keçirilən NATO PA-nın yaz sessiyası çərçivəsində sözügedən məsələ NATO PA-nın birinci katibi ilə müzakirə edilib.

Xatırladaq ki, “Rose Roth” NATO PA üzvlərini müxtəlif regionlarda baş verən proseslər haqqında müntəzəm və dərindən məlumatlandıran məşvərət formatıdır. İyunun 24 -26-da Azərbaycanda NATO PA-nın daha bir “Rose-Roth” seminarı olacaq.

"Rose Roth" seminarları Yerevanda iki dəfə – 2005 və 2010-cu illərdə keçirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm