İslam Kərimovdan Putinin birliyinə ağır sözlər
Bizi izləyin

Dünya

İslam Kərimovdan Putinin birliyinə ağır sözlər

"Rusiya, Qazaxıstan və Belarus arasında yaradılan Avrasiya İqtisadi Birliyi keçmiş Sovet respublikalarının müstəqilliklərinə təhdiddir".

"Rusiya, Qazaxıstan və Belarus arasında yaradılan Avrasiya İqtisadi Birliyi keçmiş Sovet respublikalarının müstəqilliklərinə təhdiddir".

Bu sözləri Özbəkistan prezidenti İslam Kərimov deyib.

Daşkənddə keçirilən beynəlxalq qida konfransında danışan Kərimov "Deyin mənə, iqtisadi müstəqillik olmadan siyasi müstəqillik olarmı?" deyərək ölkəsinin Avrasiya İqtisadi Birliyinə qatılmaq istəmədiyini vurğulayıb.

Rusiya lideri Putinin Avrasiya Birliyinə əvvəldən qarşı çıxan İslam Kərimov Sovetlər Birliyinin dağılmasını isə "təbii və qanuni proses" olaraq qiymətləndirmişdi.

Özbəkistan müxalifəti Kərimovun bu çıxışlarını məmləkətin müstəqilliyini deyil, öz rejimini qorumağa çalışdığını bildirib. /Axar.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm