Növbəti “qaz müharibəsi”: Danışıqlar nəticəsiz qaldı
Bizi izləyin

Dünya

Növbəti “qaz müharibəsi”: Danışıqlar nəticəsiz qaldı

Növbəti “qaz müharibəsi”: Danışıqlar nəticəsiz qaldı

Mübahisəli təbii qaz məsələlərinin həlli üzrə keçirilən Ukrayna-Rusiya-Avropa Birliyi danışıqları başa çatıb.

Publika.az-ın “RBK-Ukrayna” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın energetika və kömür sənayesi naziri Yuri Prodan bildirib.

Brüsseldə üçtərəfli formatda keçirilən görüş 5 saata qədər davam edib. Ukraynalı nazir təbii qazın qiymətinin mübahisəli məsələ olaraq qaldığını deyib. Danışıqların eyni formatda bu gün davam etdiriləcəyi bildirilir. Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Günter Ettinger açıqlamasında bildirib ki, tərəflər danışıqların davam etdirilməsi ilə bağlı razılaşıblar.

“Biz bu gün axşam saat 9-da danışıqların davam etdirilməsi barədə razılaşdıq. Çünki partnyorlarımız öz hökumətləri ilə məsləhətləşməlidir”, - o, qeyd edib.

Qeyd edək ki, Ukraynanın qaz borcunun ödənilməsi üçün Moskvanın rəsmi Kiyevə verdiyi vaxt bu gün başa çatır. Rusiya ötən ildən qalan 1 milyard 451 milyon dollar, həmçinin bu ilin aprel-may aylarında yığılan 500 milyon dollar borcun ödənilməsini tələb edir.

Rusiyanın energetika naziri Aleksandr Novak isə jurnalistlərə açıqlamasında dünənki danışıqlarda iyun-iyul aylarında Ukraynaya satılacaq qazın qiyməti ilə bağlı müzakirələrin aparıldığını bildirib. Rusiyalı nazir Ukrayna vasitəsilə qaz tranzitinin etibarlılığı, həmçinin yeraltı anbarlara qazın doldurulması məsələlərinin də gündəmdə olduğunu vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm