NATO PA-da ermənilər və türklər arasında qalmaqal
Bizi izləyin

Dünya

NATO PA-da ermənilər və türklər arasında qalmaqal

NATO PA-da ermənilər və türklər arasında qalmaqal

NATO Parlament Assambleyası (PA) siyasi komitəsinin iclasında erməni və türk nümayəndə heyətləri arasında qalmaqal yaşanıb.

Publika.az-ın erməni mediasına istinadən verdiyi xəbərə görə, qalmaqala səbəb Ermənistanın qurumdakı nümayəndə heyətinin rəhbəri, parlament üzvü Koryun Naapetyanın çıxışı olub.

Ermənistanlı parlamentari Suriya, xüsusi olaraq Kasab qəsəbəsi barədə məsələni qaldırıb. Onun sözlərinə görə, NATO-nun üzvü olan Türkiyə yalnız öz ərazisi üzrə silahlı üsyançıların Suriyaya girməsinə icazə vermir, eyni zamanda onlara maliyyə yardımı göstərir. Ermənistan nümayəndə heyətinin başçısı buna yol verməmək üçün NATO-nun hansı addımlar ata biləcəyi ilə maraqlanıb.

K.Naapetyanın çıxışına Türkiyənin nümayəndəsi dərhal reaksiya verib. Bildirilib ki, Türkiyə hökumətinin Suriya və Kasab qəsəbəsində baş verənlərlə heç bir əlaqəsi yoxdur və Türkiyənin üsyançı qruplaşmaları maliyyələşdirdiyi barədə iddialar həqiqətə uyğun deyil.

Ermənistanın NATO PA-dakı nümayəndə heyətinin üzvü Tevan Poqosyan isə qeyd edib ki, partnyorları incitməmək hərbi alyansın əsas adətidir: “Təəssüf ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Sözügedən təşkilatda isə belə bir adət yoxdur. Ümid etmək çətindir ki, kimsə açıq şəkildə Türkiyəni hədələyəcək. Ola bilər ki, bu, bağlı qapılar arxasında baş versin”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm