Kramatorskda 40-a qədər terrorçu məhv edilib
Bizi izləyin

Dünya

Kramatorskda 40-a qədər terrorçu məhv edilib

Kramatorskda 40-a qədər terrorçu məhv edilib

Donetsk vilayətinin Kramatorsk aeroportu uğrunda gedən döyüşlərdə 40-a qədər terrorçu məhv edilib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “facebook” səhifəsində bildirib.

Hərbi ekspert terrorçuların 2 minaatanının da məhv edildiyini xəbər verib.

Ukrayna Antiterror Əməliyyatları qərargahının informasiya şöbəsinin rəhbəri Vladislav Seleznyov da informasiyanı təsdiqləyib. O bildirib ki, terrorçular ötən gecə təxminən üç saat ərzində Kramatorsk aeroportunda mövqe tutan Ukrayna hərbçilərini minaatanlar və pulemyotlardan atəşə tutub. V.Seleznyov cavab atəşi ilə terrorçuların blokpostunun məhv edildiyini söyləyib.

Ukrayna hərbçiləri arasında itki olmadığı, 2 nəfərin isə yaralandığı bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm