Üç mücahid NATO qüvvələrinə divan tutdu – çoxlu sayda ölü
Bizi izləyin

Dünya

Üç mücahid NATO qüvvələrinə divan tutdu – çoxlu sayda ölü

Üç mücahid NATO qüvvələrinə divan tutdu – çoxlu sayda ölü

Taliblər Əfqanıstandakı NATO qüvvələrinə dəhşətli zərbə endiriblər.

Publika az. “Kavkaz Sentr” saytına istinadən xəbər verir ki, iyunun 8-dən 9-na keçən geçə üç silahlı mücahid NATO-nun Əfqanıstandakı nəqliyyat terminalına hücum edib. Hadisə Nanqanxar vilayətinin Cəlilabad şəhərində baş verib.

Mücahidlərdən biri içində bomba quraşdırılmış avtomobillə terminala daxil olaraq maşını partladıb. Gözlənilməz partlayışdan qarışıqlıq düşüb. Bu zaman içəri daha iki mücahid daxil olaraq əsgərləri güllələyib.

Axşam saat 22.00-da başlayan döyüş gecə saat 02.00-dək davam edib. İki silahlı mücahidi zərərsizləşdirənədək NATO qüvvələrinin 20-dən çox əsgəri həlak olub. Ümumilikdə, mücahidlər 229 zirehli maşın, 113 yük maşını və 21 benzin daşıyan avtomobil məhv ediblər.

Hərbi əməliyyatlar başlayandan bəri bu hücumu taliblərin ən uğurlu əməliyyatı saymaq olar.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm