Güc mərkəzlərinin baxışı: İkinci Qarabağ müharibəsini kim(lər) istəyir?
Bizi izləyin

Dünya

Güc mərkəzlərinin baxışı: İkinci Qarabağ müharibəsini kim(lər) istəyir?

Güc mərkəzlərinin baxışı: İkinci Qarabağ müharibəsini kim(lər) istəyir?

“Əgər Qara dəniz- Qafqaz regionunda ABŞ və NATO-nun hərbi mövcudluğu Rusiyanın mövqeləri üçün təhlükə yaradarsa, regionda yeni müharibə bu ekspansiyanın saxlanması üçün ən effektiv üsul olacaq. Söhbət hər şeydən əvvəl Azərbaycan və Ermənistan arasında müharibədən gedir”.

Publika.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, bu fikirlərlə erməni analitik İqor Muradyan çıxış edib.

Erməni analitikin sözlərinə görə, Azərbaycan və Ermənistan arasındakı yeni bir müharibənin nəticəsi olaraq Rusiya Dağlıq Qarabağ münaqişəsi zonasına öz qoşunlarını yeritməyə çalışacaq. O bildirir ki, bu, Moskvanın uzun müddətdir ki, həyata keçirmək istədiyi plandır.

İ.Muradyan hesab edir ki, Rusiya müharibəni hazırlığına və Azərbaycanın ambisiyalarına dəstək verir. Onun sözlərinə görə, Azərbaycanın Rusiya tərəfindən silahlandırılması bunu deməyə əsas verir.

“Ruslar güman edirlər ki, onlar bu vəziyyətdə prosesləri saxlamağı bacaracaq. Əvvəlki təcrübə də bunu göstərir. Amma NATO-nun Şərqi Avropaya irəliləyişi şəraitində, həmçinin İran və Rusiya arasındakı münasibətlərdə neqativ dəyişikliklər yüksək qeyri-müəyyənlik vəziyyətini yaradacaq”, - erməni analitik qeyd edir.

O, Türkiyənin İkinci Qarabağ müharibəsinin başlanmasında maraqlı olmadığını bildirir: “Çünki Ankara yad qaydalar və ssenarilər üzrə müharibəyə cəlb edilməsindən ehtiyat edir. Amma əgər müharibə başlanarsa, o halda Türkiyə Azərbaycanı bütün mümkün üsullarla dəstəkləmək də daxil olmaqla hərbi əməliyyatlarda bilavasitə iştirak edə bilər”.

İrana gəlincə, İ.Muradyan Tehranın Cənubi Qafqazda status-kvonun dəyişdirilməsində maraqlı olmadığını düşünür. “Amma NATO və Rusiya arasında qarşıdurmanın gücləndirilməsində İranın prinsipial marağını nəzərə alsaq, o halda İranın Azərbaycan və Ermənistan arasındakı yeni müharibənin başlanmasında maraqlı olduğunu demək olar. İran heç olmasa Rusiyanın regionda öz mövqelərini itirməsini istəyəcək”, - erməni analitik bildirib.

İ.Muradyan Qərbin heç bir halda İkinci Qarabağ müharibəsi istəmədiyini qeyd edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm