Ərdoğandan xəbərdarlıq: “Bəziləri vəzifədən uzaqlaşdırılacaq” – VİDEO
Bizi izləyin

Dünya

Ərdoğandan xəbərdarlıq: “Bəziləri vəzifədən uzaqlaşdırılacaq” – VİDEO

Ərdoğandan xəbərdarlıq: “Bəziləri vəzifədən uzaqlaşdırılacaq”

Baş nazir partiyasının qrup toplantısında yenə sərt danışdı

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazir R.T.Ərdoğan bu gün partiyasının qrup toplantısında gündəmə dair açıqlamalar verib.

Ərdoğan açıqlamasında bir neçə gün öncə Diyarbəkirdə yerləşən 2-ci Hava Qüvvələri Komandanlığının dirəyindəki Türkiyə bayrağının bir aksiyaçı tərəfindən götürülməsinə sərt reaksiya göstərib. O, məsuliyyətsizlik edən hər kəsin cəzalanacağı mesajını verib: “Mən Ankaradan gəlib bayrağı yığışdıranı aradan götürməyəcəm. Polisin və hərbçinin bəhanəsi ola bilməz. Cəzası nədirsə, veriləcək. Bu quldurlara, terrorçulara polis və jandarm həddini bildirəcək. Dövlətin vəzifəsi yol, mal, can təhlükəsizliyini təmin etməkdir. Əgər sən bunları edə bilmirsənsə, biz lazım gələni edərik. Bütün bunları nəzərə alacağıq. Bəziləri vəzifədən uzaqlaşdırıldı və bəziləri də uzaqlaşdırılacaq”.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm