Türkiyədəki bayraq qalmaqalı: beş həbs
Bizi izləyin

Dünya

Türkiyədəki bayraq qalmaqalı: beş həbs

Türkiyədə bayrağın endirilməsiylə bağlı başlanan istintaqda beş nəfər həbs olunub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Diyarbəkrin Licə rayonunda dekabrın 7-də etiraz aksiyası zamanı Ramazan Baran və Baki Akdəmir polislərlə qarşıdurmada həlak olublar. Bazar günü onların dəfni zamanı növbəti toqquşma olub. Bir qrup şəxs 2-ci Hava Qüvvələri Komandirliyinin keşikçi məntəqəsini daşlayıb. Üzübağlı bir nəfər isə bayraq dirəyinə dırmaşıb və oradakı Türkiyə bayrağını endirib.

Bu qalmaqaldan sonra Diyarbəkir Polis İdarəsində genişmiqyaslı istintaq aparılıb. Bölgədəki bütün təhlükəsizlik kameraları yoxlanılıb. Nəticədə beş nəfər həbs olunub. Beş şübhəlidən ifadə alınmaqdadır.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm