Poroşenko Qərbdən hərbi texnologiya istəyib
Bizi izləyin

Dünya

Poroşenko Qərbdən hərbi texnologiya istəyib

Poroşenko Qərbdən hərbi texnologiya istəyib

Ukrayna prezidenti Pyotr Poroşenko ABŞ-ın “Time” nəşrinə müsahibəsində rəsmi Kiyevin bundan sonra atacağı addımlar və Rusiya-Ukrayna münasibətlərindən danışıb.

Publika.az xəbər verir ki, Ukrayna prezidenti ölkəsinin qarşılaşdığı faciəyə görə Rusiyanın cəzalandırılmalı olduğunu bildirib.

P.Poroşenko Ukraynanın bir hissəsini zəbt etdikdən sonra Rusiyanın ölkənin şərqindəki qiyamı həvəsləndirdiyini dilə gətirib. Ancaq eyni zamanda o, qeyd edib ki, Kiyevin şərq qonşusu ilə münasibətləri tamamilə kəsmək imkanları yoxdur və dialoqa ehtiyac var.

“Mümkündür ki, bəzi ukraynalılar İsveç və ya Kanada ilə qonşuluqda yaşamasını istəyərdilər. Amma Rusiya bizim qonşumuzdur. Buna görə də Rusiya ilə dialoqa nail olmadan təhlükəsizliyimizdən danışa bilmərik”, – Poroşenko dilə gətirib.

O qeyd edib ki, Vladimir Putinin nə Ukrayna dövləti, nə də vətəndaşı haqqında düşündükləri onun üçün maraqlı deyil. Poroşenkonun sözlərinə görə, Rusiya lideri Ukraynanın indiki sərhədlərlə mövcudluğundan şübhələnirsə, onu inandırmağın ən yaxşı yolu qüdrətli ordu və çiçəklənən iqtisadiyyat yaratmaqdır. Amma Poroşenko bunun üçün Qərbin köməyinin lazım olduğunu deyib. Onun sözlərinə görə, kömək hər cür formada ola bilər, kəşfiyyat və hərbi texnologiyadan tutmuş, hava məkanı və dəniz sərhədlərinin qorunmasına qədər.

ABŞ nəşri isə qeyd edir ki, heç bir Qərb ölkəsi Ukraynanın təhlükəsizliyinə zəmanət vermək istəməyib.

“Fransada Qərb liderləri razılaşdılar ki, qlobal təhlükəsizliyin arxitekturasını yenidən gözdən keçirmək lazımdır. Amma hazırda Poroşenkonun Rusiyanı cəzalandırmaq imkanları yoxdur. Onun hədəfləri çox sadədir: Ukraynanın şərqində qan tökülməsini dayandırmaq, Rusiyaya yeni davranış və zəmanət modeli təklif etmək. Amma hələ ki bunlara yaxın olan heç nə yoxdur”– “Time” Ukrayna prezidentiylə müsahibəni belə yekunlaşdırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm