NATO-dan sərt ittiham: “Rusiya beynəlxalq nizamı dağıtdı”
Bizi izləyin

Dünya

NATO-dan sərt ittiham: “Rusiya beynəlxalq nizamı dağıtdı”

NATO-dan sərt ittiham: “Rusiya beynəlxalq nizamı dağıtdı”

“Rusiya Ukraynadakı hərəkətləri ilə üzərinə götürdüyü beynəlxalq öhdəlikləri pozaraq beynəlxalq nizamı dağıtdı”.

Publika.az-ın “Azadlıq” radiosuna istinadən verdiyi məlumata görə, bu sözləri Şimali Atlantika İttifaqının (NATO) baş katibi Anders Foq Rasmussen deyib.

NATO baş katibi bildirib ki, Avropanın müdafiəsinə qoyulan investisiyalar artırılmalı və NATO-nun təhlükəsizliyi gücləndirilməlidir. Xatırladaq ki, Anders Foq Rasmussen dünən TSN kanalına müsahibəsində NATO-nun Ukraynaya yardımını nəzərdə tutan paket üzərində işlədiyini bildirib. “Biz hazırda Ukraynaya yardım paketi üzərində işləyirik. NATO ölkələrinin xarici işlər nazirləri bu ayın sonunda görüşərək yardım paketini müzakirə edəcəklər. Hesab edirəm ki, Ukrayna ilə əməkdaşlıq fəaliyyətini ən yaxın aylar və illərdə artıracağıq”, – NATO baş katibi vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm