“Qıyıqgözlü”dən Putinə zərbə: ABŞ “desantları” Orta Asiyada
Bizi izləyin

Dünya

“Qıyıqgözlü”dən Putinə zərbə: ABŞ “desantları” Orta Asiyada

“Qıyıqgözlü”dən Putinə zərbə: ABŞ “desantları” Orta Asiyada

Özbəkistanın Avrasiya İttifaqından imtina etməsi Putin üçün ciddi siqnal oldu. Bununla “ABŞ desantlarının rus cəbhəsinin arxasında yerləşdirə bildi” deyə bilərik. Orta Asiyada daha çox Rusiyanın kölgəsi altında qalan Daşkəndin sahibi İslam Kərimov Avrasiya İqtisadi Birliyini tənqid etdi, bu ittifaqa üzvlüyün siyasi asılılığa səbəb olacağını açıqladı.

“Onlar deyirlər ki, iqtisadi bazar yaradırlar. Burada hansısa ölkənin müstəqilliyini və suverenliyini itirməkdən söhbət gedə bilməz. Mənə deyə bilərsinizmi ki, Azad İqtisadi siyasət yürütməyən ölkə öz maraqlarına xidmət edən siyasət yürüdə bilər?”– deyə Kərimov Putinə gözlənilmədən zərbəni vurdu.

Özbəkistanın Rusiyaya arxa çevirməsinin səbəblərini araşdıranda ABŞ amili önə çıxır. İlk ehtimala görə, Daşkəndin Vaşinqtondan yetərli siyasi dəstək alması və Putinə arxa çevirəcək qədər vədlər verilməsidir. Əslində, Özbəkistanın Rusiya təsirindən uzaqlaşacağı əvvəldən görünürdü. Hələ ötən il Rusiyanın silahlı birliyi olan Kollektiv Təhlükəsizlik Müqaviləsindən ayrılan Daşkənd ölkəsində NATO-nun nümayəndəliyinin açılmasına icazə verdi.

Politoloq Qabil Hüseynli Publika.az-a açıqlamasında hesab edir ki, Özbəkistan üzünü Qərbə doğru çevirir. Onun sözlərinə görə, bu Rusiyanın Avrasiya İttifaqına ciddi zərbə olacaq: “Özbəkistan Orta Asiyada çəkisi olan dövlətdir. Daşkəndin Moskvaya üz çevirməsi ilə Putin iki mühüm ölkəni itirmiş oldu. Biri Azərbaycan, digəri Özbəkistan. Göründüyü kimi, Avrasiya İttifaqı yaranan kimi ciddi müqavimətlə rastlaşdı”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm