ABŞ Suriyadan çıxır? - İLK ADDIM
Bizi izləyin

Dünya

ABŞ Suriyadan çıxır? - İLK ADDIM

ABŞ Suriyadan çıxacağına dair verdiyi sözləri tutmaq istiqamətində ilk addımı atıb.

Publika.az xəbər verir ki, ABŞ Suriyaya verdiyi maddi yardımları dayandırıb:

“ABŞ Suriyadkı vəziyyəti, cəmiyyət arasındakı gərginliyi azaltmaq və əhalini möhkəmləndirmək məqsədilə sərf etdiyi milyonlarla dolları dayandıracaq. Bu yardımlara ekstremizmlə mübarizə, təhsilə dəstək, müstəqil cəmiyyət və azad media layihələrinin hazırlanmasına verdiyi dəstəklər də daxildir".

Xatırladaq ki, ABŞ ilk olaraq Suriyanın şimal-qərb ərazisinə veridyi yardımları kəsib. Bu addım müəyyən şübhələr yaratsa da, siyasi şərhçilər tərəfindən ABŞ-ın Suriyadan çıxmasının ilk addımı kimi qiymətləndirilib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm