Ərdoğandan Avropaya gözlənilməz ZƏRBƏ
Bizi izləyin

Dünya

Ərdoğandan Avropaya gözlənilməz ZƏRBƏ

Bu gün Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan Bosniya-Herseqovinanı paytaxtı Sarayevoda minlərlə türkün qarşısında çıxış edəcək.

Publika.az xəbər verir ki, Türkiyədə elan edilən növbədənkənar prezident seçkiləri məsələsindən sonra Avstriya və Hollandiyada türkiyəli siyasilərin seçki kampaniyası aparmasına etirazlar baş qaldırıb.

Bütün bu söhbətlərə son vermək məqsədilə R.T.Ərdoğan Avropada yaşayan türklərlə Sarayevoda bir araya gələcək.

Ankaradan Bosno-Herseqovinaya səfər edəcək Türkiyə prezidentinin burada bir neçə rəsmi görüşlər də keçirəcəyi qeyd edilir.

Xatırladaq ki, Ərdoğanla görüşə Avropadan 20 mindən çox türkün gələcəyi gözlənilir.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm