Almaniya ABŞ-a güvənmir: Etibarlı müttəfiq deyil
Bizi izləyin

Dünya

Almaniya ABŞ-a güvənmir: Etibarlı müttəfiq deyil

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq siyasəti və ticarət müharibəsinə başlaması Almaniya və Rusiyanın yaxınlaşmasına səbəb ola bilər.

Publika.az xəbər verir ki, Merkel və Putinin Soçidə keçirdiyi görüşlə bağlı daha bir maraqlı məqam paylaşılıb. Rusiya mətbuatında gedən xəbərə görə, görüşdə İranla müzakirələrin davam etdiriləcəyi vurğulanıb.

Məlumata görə, görüşdə rus-alman münasibətləri, Suriya böhranı, "Şimal axını-2" layihəsi, Ukrayna münaqişəsi ilə yanaşı, Trampın İranla bağlı qərarı da müzakirə olunub. Ölkə rəsmiləri arasında görüş qapalı keçirilsə də, görüşdükdən sonra birgə mətbuat konfransı keçirilib.

Angela Merkel alman-rus ikitərəfli münasibətlərinin onların strateji hədəfləri arasında olduğunu vurğulayıb:

“İki ölkə arasında həmfikir olduğumuz məsələlər olsa da, ortaq məxrəcə gəlmədiyimiz mövzular da oldu. Ən azından İranla müzakirələrin davam etdirilməsində həmfikirik".

Almaniyanın ABŞ ilə yaxşı münasibətləri olduğunu dilə gətirən Merkel, bunun belə də davam edəcəyini deyib.

Xatırladaq ki, ötən günlərdə Almaniyada aktivistlər tərəfindən "ABŞ-a güvən"mövzusunda sorğu keçirilib. Sorğuda iştirak edən almanların 82%-i ABŞ-ın etibarlı müttəfiq olmadığını deyib. Yalnız 14% alman ABŞ-a güvəndiklərini deyib. Almanların 58%-i rusları, 43%-i isə çinlilərin Almaniya üçün daha güvənilir müttəfiq hesab etdiyini bildiriblər.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm