Azərbaycanlı iş adamı arvadını satışa çıxardı - VİDEO
Bizi izləyin

Dünya

Azərbaycanlı iş adamı arvadını satışa çıxardı - VİDEO

Bakıda yaşayan və orta məktəblərdən birində ibtidai sinif müəllimi kimi çalışan 30 yaşlı Sevinc Kərimova 5 il əvvəl boşandığı həyat yoldaşı tərəfindən ölümlə hədələnib.

Publika.az Haberler.com saytına istinadən xəbər verir ki, Türkiyədə reklam agentliyində çalışan azərbaycanlı iş adamı, 34 yaşlı Elmir A. adlı şəxs ilə 30 yaşlı S.Kərimova 5 il evli olublar. Cütlük şiddət səbəbindən boşanıb. Elmir A isə həyat yoldaşını barışmaq məqsədilə yenidən Antalyaya çağırıb. O, qadına "yenidən evlənmək" təklif edərək, hər şeyin daha yaxşı olacağını vəd verib. Qadın isə ona inanaraq, 8 və 6 yaşlarında övladlarını da götürüb, Antalyaya gedib.

34 yaşlı Elmir A. həyat yoldaşı 30 yaşlı Sevinc Kərimovanı fahişəliyə məcbur etmək istəyib. Qadın buna etiraz edəndə isə onu uşaqlarının gözü qarşısında 11-ci mərtəbədən atmaq istəyib. Polisə ifadə verən Sevinc Kərimova 5 il əvvəl Elmir A adlı şəxsdən şiddət gördüyü üçün boşandığını deyib:

“Keçmiş həyat yoldaşımla məni hər gün döydüyü üçün ayrılmışdım. Azərbaycanda yaşayan zaman çənəmi və dişlərimi qırmışdı. Bu səbəbdən hətta Azərbaycanda bir il həbs cəzası almışdı. Həbsdən çıxdıqdan bir ay sonra yanımıza gələrək uşaqlarına yaxşı ata olacağını, əvvəlki kimi olmayacağını dedi. Əşyalarımızı satıb Antalyaya getməyi təklif elədi. Bir qadın xoşbəxt olmağı, uşaqlarının analı-atalı böyüməsini istəyir. İnandım və yenidən onunla bura gəldim. Mən bura gələndə bir gün dedi ki, axşam qonaqlar gələcək. Yanımda 4 min dollar pulum vardı. Onları da aldı ki, sən bilmirsən, itirərsən. Bir neçə saat telefonla danışdı. Axşam evə heç vaxt görmədiyim yad kişi ilə gəldi. O, məni həmin kişi ilə tək qoyub, evdən çıxdı. Bir də gördüm adam evdə alt paltarı ilə gəzir. Mənə baxışları heç xoşuma gəlmirdi. Uşaqlarımı da götürüb öz otağıma keçdim. Bir müddət sonra Elmir gəldi və heç nə demədən məni döyməyə başladı. Qollarımdan tutub məni yatağa itələdi. O qədər əsəbiləşmişdi ki, az qaldı məni uşaqlarımın gözü önündə 11-ci mərtəbədən yerə tullaya".

Sevinc Kərimova polisə baş verənlər barədə məlumat verib. O, Azərbaycana qayıtmaq istədiyini deyərək, kömək istəyib. Ona ilk olaraq bina sakinləri kömək edib. Vətəndaşlar öz aralarında pul toplayaraq Sevinc Kərimovaya bilet alıb və uşaqları ilə birlikdə Bakıya göndəriblər.

Araşdırma zamanı bəlli olub ki, 34 yaşlı Elmir A. hazırda başqa bir azərbaycanlı xanımla evlidir. Haqqında cinayət işi açılan Elmir A adlı şəxsin məşhur reklam agentliklərindən birinin rəhbəri olduğu deyilir.

Faktla bağlı şübhəli bilinən Elmir A saxlanılıb. Onun Sevinc Kərimovaya və uşaqlarına yaxınlaşmasına qadağa qoyulub.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm