• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Britaniya kəşfiyyatı: “Rusiya ilə bacara bilmirik”

  • Dünya
  • 10 İyun 2014 23:20
  • 480 Baxış
Britaniya kəşfiyyatı: “Rusiya ilə bacara bilmirik”

Britaniya Soyuq Müharibə dövrünün casuslarından Rusiyaya qarşı istifadə edir.

İngilis kəşfiyyatı soyuq müharibə vaxtının dilçilərinə və Rusiya üzrə digər ekspertlərə müraciət etmək məcburiyyətində qalıb. Belə ki, ölkədə rus dilini bilən gənc casusların kəskin qıtlığı yaranıb.

Böyük Britaniyanın Müdafiə Nazirliyi təcili şəkildə Rusiya üzrə təqaüdçü kəşfiyyat zabitlərinin ekspertlərini axtardığını elan edib.

İngilis mətbuatı isə Britaniyanın artıq Rusiya təhlükəsi ilə bacara bilmədiyini söyləyib:

“Britaniya artıq Rusiya təhlükəsi ilə bacara bilmir və bunu hamı bilir. Əvvəllər Müdafiə Nazirliyi kəşfiyyat əməkdaşları üçün rus və ərəb dillərində yüksək keyfiyyətli kurslar təşkil edirdi. Lakin 11 sentyabr hadisəsindən sonra ərəb dili üstünlük qazandı, digər dillər isə unuduldu”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR