Fransa prezidentinin xanımı sarayı dağıtdı - FOTO
Bizi izləyin

Dünya

Fransa prezidentinin xanımı sarayı dağıtdı - FOTO

Fransa prezidenti, 59 yaşlı Fransua Ollandla 41 yaşlı aktrisa Jüli Qayearasındakı eşq macərası ilə bağlı qalmaqal səngimək bilmir.


Milli.Az Le Monde-a istinadən bildirir ki, Fransa prezidentinin qeyri-rəsmi nikahda olduğu xanımı Valeri Trevelyenin ərinin ona aktrisa ilə xəyanət etdiyini eşidəndə çılğına dönməsi barədə məlumatlar indi yayılır. Trevelye bu xəbəri alanda o qədər hirslənibmiş ki, Yelisey Sarayındakı otaqları alt-üst edib, əlinə keçən əşyaları hara gəldi atıb.


Bu minvalla Yelisey Sarayına təqribən 3 milyon avroluq ziyan dəydiyi vurğulanır.

Sındırılan əşyalar arasında Fransanın milli sərvətlərindən sayılan Sevr çini vazası da varmış.


Daha sonra depressiyaya qapılan Valeri Trevelye hospitala aparılıb və orada 8 gün müalicə alıb.

İndisə onun ərini bağışlamağa hazır olduğu vurğulanır.


Belə ki, 48 yaşlı Valeri Trevelyenin gələn ay ərini Vaşinqtona rəsmi səfərdə müşayiət etməyə hazır olduğu da iddia olunur.

Fransua Olland isə deyəsən, arvadını bağışlamaq niyyətində deyil. İddialara görə o, 10 ildən bəri qeyri-rəsmi nikahda yaşadığı Valeri Trevelye ilə ayrılmaq niyyətindədir.


59 yaşlı F.Olland son qalmaqalla bağlı mediaya heç bir açıqlama verməyib.

Bu arada Fransua Ollandın aktrisa Jüli Qayenin yanına "eşq görüş"lərinə yollanarkən geyindiyi motosiklet şlemi "Motoblouz Dexter"ə Fransada tələbat artıb.

"Motoblouz" şirkətinin saytında "Dexter" şlemi "Star de Medias" (Medira ulduzu) kimi təqdim olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm