"Makron, Fransa satılmır" - Yüzlərlə tələbə həbs edildi - VİDEO
Bizi izləyin

Dünya

"Makron, Fransa satılmır" - Yüzlərlə tələbə həbs edildi - VİDEO

Parisdə davam edən etiraz aksiyaları digər böyük şəhərlərə də yayılıb.

Publika.az xəbər verir ki, paytaxtın mərkəzi küçələri ilə hərəkət edən etirazçılara ölkənin Lion, Bordo, Tuluza və digər şəhərlərindən də dəstək gəlməyə başlayıb.

Etirazçılar küçə boyunca “Makron, Fransa satılmır”, “Hakimiyyət cəmiyyəti öldürməyə çalışır" kimi şüarlar səsləndiriblər.

Aksiyalar hökumətin 2022-ci ilə qədər 120 min iş yerini məhdudlaşdırmaq haqqında verdiyi qərara etiraz olaraq keçirilir. Etirazlarda 100-dən çox tələbə saxlanılıb.

Fransa polisi etirazçıların qarşısını almaq üçün dəyənək və gözyaşardıcı qazlardan istifadə edib.

Xatırladaq ki, sözügedən qərara etiraz olaraq bütün ölkə üzrə etirazlara 139 min nəfərə yaxın insan qoşulub və bu say sürətlə artır.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm