ABŞ yenidən İraqa qayıda bilər
Bizi izləyin

Dünya

ABŞ yenidən İraqa qayıda bilər

ABŞ yenidən İraqa qayıda bilər

Suriyanın şimalında bəzi bölgələrə və İraqda Fellucəyə nəzarət edən İraq-Şam İslam Dövləti (İŞİD) İraqın neftlə zəngin olan Mosul şəhərini də tamamilə ələ keçirib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, İraq təhlükəsizlik gücləri sayı 3 minə qədər olan İŞİD silahlılarının hücumu zamanı formalarını çıxararaq qaçıb.

Minlərlə adam kürd bölgəsinə qaçmağa çalışır. ABŞ isə İraqa yardım təklif edib.

Hücum zamanı Mosuldakı bir istilik elektrik stansiyasını da ələ keçərən İŞİD stansiyaya mazut daşıyan 28 türk sürücüsünü girov götürüb. Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan məlumatları dəqiqləşdirdikdən sonra atılacaq addımların müzakirə ediləcəyini deyib. Dünən əldə olunan ilkin məlumatlara görə, girov götürülən sürücülərin hamısı sağdır.

İŞİD İraqın Anbar vilayətində aylardır ki, davam etdirdiyi hücumları şimala keçirib. İŞİD-in ölkənin ən böyük ikinci şəhəri olan Mosulda hava limanı, hərbi baza, hökumət və təhlükəsizlik binalarını ələ keçirdiyi bildirilir. Şimali İraq kürd muxtariyyətinin peşmerge güclərini göndərmə təklifini rədd edən İraqın naş naziri Nuri Əl-Maliki parlamentdən fövqəladə vəziyyətin elan edilməsini istəyib. Suriyada “Əl-Nüsra” Cəbhəsi ilə anlaşılmazlıq üzündən “Əl-Qaidə”dən ayrılan İŞİD Mosulu ələ keçirdikdən sonra xalqa müraciətində “şəhəri azad etməyə gəldik. Bizimlə döyüşməyənlə döyüşməyəcəyik” deyib. Məlumatlara görə, bölgədən böyük qaçış başlayıb.

İŞİD bölgənin ən əhəmiyyətli hərbi bazası olan şəhərin qərbindəki Gizani hərbi düşərgəsini də ələ keçirib. Təhlükəsizlik gücləri hücum başlamadan əvvəl düşərgəni boşaldıb və hərbi təyyarələri başqa yerə aparıb. Ancaq bütün digər silahlar İŞİD-in əlinə keçib. Keçən həftədən başlayaraq Ninəvə, Anbar, Diyalə, Səlahəddin və Bağdad vilayətlərində hücumları artıran İŞİD Samaranın bəzi bölgələrini də ələ keçirib.

İraqın Səlahəddin vilayətinin Tuzhurmatu mahalında yaşayan minlərlə türkmən evlərini tərk edir. Mahalın bəzi kəndləri İŞİD-in nəzarətinə keçib. İraqlı bir polis məmuru Kərkükdə də bəzi bölgələrin İŞİD-in nəzarətinə keçdiyini bildirib.

İŞİD əhalisi 2 milyona çatan, zəngin neft yataqlarının olduğu Mosul şəhərinin kənarında 7-8 ildir ki, məskən salıb. Təşkilat yoxsul sünni əhalidən döyüşçü yığır, biznesmenlərdən vergi toplayır. Mərkəzi hökumət ordu və polisdəki məzhəb tarazlığını yaratmaq üçün sünnilərə 3 minlik yer acıb. Amma yalnız 50 nəfər müraciət etdi. Bunun səbəbi isə İŞİD qorxusudur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm