• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Moskva yeni sistemi 5 gündən sonra tətbiq edəcək

  • Dünya
  • 11 İyun 2014 11:11
  • 365 Baxış
Moskva yeni sistemi 5 gündən sonra tətbiq edəcək

Rusiya 16 iyun tarixindən başlayaraq Ukraynaya təbii qaz satışında əvvəlcədən ödəniş sistemi tətbiq edəcək.

Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın “Qazprom” şirkətinin prezidenti Aleksey Miller bildirib.

Xatırladaq, dünən Brüsseldə mübahisəli təbii qaz məsələlərinin həlli üzrə Ukrayna-Rusiya-Avropa Birliyi danışıqları keçirilib. Tərəflər görüşdən sonra təbii qazın qiymətinin mübahisəli məsələ olaraq qaldığını deyib. Ukrayna Energetika və Kömür Sənayesi Nazirliyindən bildirilib ki, rəsmi Kiyev qazın qiymətinin 268,5 dollar səviyyəsində saxlanılmasına çalışır.

Bu gün Brüsseldə Ukrayna-Rusiya-Avropa Birliyi arasında qaz danışıqlarının növbəti mərhələsi keçiriləcək.

Danışıqları çətinləşdirən digər bir məsələ Ukraynanın Rusiyaya olan qaz borcudur. Rusiya ötən ildən qalan 1 milyard 451 milyon dollar, həmçinin bu ilin aprel-may aylarında yığılan 500 milyon dollar borcun ödənilməsini tələb edir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR