• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Sərkisyanla Köçəryan arasında ixtilaf böyüyür

  • Dünya
  • 11 İyun 2014 11:50
  • 525 Baxış
Sərkisyanla Köçəryan arasında ixtilaf böyüyür

Ermənistanın hazırkı prezidenti Serj Sərkisyanla eks-prezident Robert Köçəryanın arasında ixtilaf böyüyür.

Publika.az Novosti-Armeniya saytına istinadən xəbər verir ki, onlar arasında Qarabağ məsələsinə görə dərin fikir ayrılığı yaranıb. Regional Tədqiqatlar Mərkəzinin direktoru Riçard Kirokosyan isə vəziyyəti şərh edərkən belə deyib: “İlk dəfədir ki, Ermənistan siyasi səhnəsində Dağlıq Qarabağla müzakirələr erməniləri həmişəki kimi birləşdirmədi, əksinə, konflikt yaratdı”.

Xatırladaq ki, Astanada prezident Nazarbayev Ermənistanın Gömrük İttifaqına yalnız BMT-də qəbul edilmiş sərhədlər çərçivəsində daxil ola biləcəyini bildirmişdi. Sərkisyan isə belə cavab vermişdi: “Kim deyir ki, biz Gömrük İttifaqına Qarabağla birlikdə girmək istəyirik? Qanunvericiliyimizə görə, Qarabağ Ermənistanın ərazisi sayılmır”.

Məhz bu bəyanatdan sonra S. Sərkisyan sərt tənqid olunmağa başlayıb. Ondan fərqli olaraq sabiq prezident Robert Köçəryan hesab edir ki, Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir.

Köçəryan həm qondarma Dağlıq Qarabağ Respublikasının, həm də Ermənistanın prezidenti olarkən dəfələrlə vurğulayıb ki, bu münaqişənin son məqsədi iki erməni dövlətinin birləşməsidir.

Prezidentlər arasında ixtilafı şərh edən ekspertlərin də fikirləri haçalanıb. Xarici işlər nazirinin birinci müavini “Azadtutyun” radiosuna müsahibəsində deyib ki, Köçəryan öz çıxışı ilə Azərbaycanın “dəyirmanına su tökür”.

Digər ekspert Armen Bədəlyan isə Köçəryana haqq qazandırır: “ Köçəryan məsələnin mahiyyətini daha yaxşı anlayır. Nazarbayev boş yerə gömrük postları haqda danışmır. Ermənistan Gömrük İttifaqına daxil olduqdan sonra Ermənistanla Dağlıq Qarabağ arasında gömrük postu qoyulacaq. Bu, faktiki olaraq Ermənistan və Dağlıq Qarabağın iqtisadi birliyinə son qoyacaq”.

İlqar Atabəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR