Rusiyanın qonşuları: Kimlərin seçim etmək şansı yoxdur?
Bizi izləyin

Dünya

Rusiyanın qonşuları: Kimlərin seçim etmək şansı yoxdur?

Rusiyanın qonşuları: Kimlərin seçim etmək şansı yoxdur?

“Astananın Müstəqillik Sarayında üç dövlət başçısı auditoriya qarşısına çıxdı. Onlar özlərini bir az yöndəmsiz şəkildə alqışladılar”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri amerikalı ekspert Cek Farçinin “The Financial Times” qəzetində dərc etdiyi “Rusiyanın qonşuları: Əsas palitra” məqaləsində yer alıb.

Mayın 29-da Astanada Rusiya, Qazaxıstan və Belarusun həmtəsisçiliyi ilə Avrasiya İqtisadi İttifaqın yaradıldığını qeyd edən ekspert Ermənistan və Qırğızıstanın da quruma daxil olmağa yaxın olduğunu bildirir. Amerikalı ekspert hesab edir ki, Rusiya quruma keçmiş sovet respublikarından daha bir neçəsini cəlb etməyə çalışır. C.Farçi Moskvanın bu istiqamətdə göstərdiyi təşəbbüslərin Ukrayna böhranını doğurduğunu, nəticədə Rusiya və Qərb arasında yeni münaqişə ocağının yarandığını bildirir.

Onun sözlərinə görə, keçmiş sovet respublikalarının bir hissəsi Moskvanın təşəbbüsünü dəstəkləsə də, onlarda müəyyən narahatlıq da var. Yazı müəllifi bu narahatlığın Rusiyaya qarşı tətbiq oluna biləcək sanksiyalarla bağlı olduğunu bildirir. “Belə bir narahatlıq mövcuddur ki, Rusiya ilə vahid bazarda olduğu halda Mərkəzi Asiya və Qafqaz ölkələri də təcrid oluna bilər”,– C.Farçi bildirir.

Ameriaklı ekspert bəzi ölkələr üçün Rusiyanın iqtisadi baxımdan çox əhəmiyyətli olduğunu bildirir: “Məsələn, Belarus məhsullarının 35 faizi Rusiyaya ixrac edilir, idxalın isə 59 faizi Rusiyanın payına düşür. Ermənistana birbaşa investisiyaların 49 faizi Rusiyanın payına düşür. Rusiyada işləyən qırğız işçilərinin ölkələrinə göndərdiyi pullar ölkənin ümumi daxili məhsulun 29 faizini təşkil edir”.

O, erməni eksperti Riçard Qiraqosyanın fikirlərinə də istinad edir. Yerevandakı Regional Tədqiqatlar Mərkəzinin direktoru son vaxtlar Rusiyanın “yumşaq güc”ünün artdığını deyir: “Ermənistanın dövlət televiziyası hazırda Rusiyanın Krım siyasətini tərifləyir. Ekranlarda sovet filmləri artmağa başlayıb”.

“Rusiyanın təsiri iqtisadi sahədə daha çox artır. Qonşularla imzaladığı sazişlər və bu ölkələrə qoyduğu investisiyalar onun diplomatik razılaşmalarına uyğundur. Rusiya şirkətləri bu ölkələrin energetikadan tutmuş nəqliyyat və telekommunikasiyalara qədər əsas sənaye sektorları üzərində nəzarəti gücləndirir. Rusiyanın “Qazprom” şirkəti Ermənistanın qaz şəbəkəsini tamamilə nəzarəti altına götürüb. Moskva eyni addımı Qırğızıstanda da atdı. Analitiklər hesab edirlər ki, bunlar siyasi addımlardır”,– məqalənin müəllifi qeyd edir.

Moskva Karnegi Mərkəzinin analitiki Liliya Şevsovanın sözlərinə görə, Rusiyanın qətiyyətli siyasəti Vladimir Putinin 2012-ci ildə prezident postuna qayıtmasından sonra daha açıq şəkildə müşahidə edilirş. “Yeni Putin doktrinasının əsas elementi ondan ibarətdir ki, Rusiya supergüc olmalıdır. Rusiya qayıdıb. Rusiyanın maraqlarının öz sferaları var”,– Şevsova hesab edir.

Alma-Atada yerləşəm Mərkəzi Asiya Mərkəzinin direktoru Nərgiz Kasenovanın sözlərinə görə, Moskvanın siyasəti Mərkəzi Asiyanın siyasi elitalarını kifayət qədər təşvişə salıb. C.Farçi hesab edir ki, Mərkəzi Asiya və Qafqaz ölkələri təcavüzkar Rusiya və Çinlə, qeyri-stabil Əfqanıstan və İranla, həmçinin daha böyük dövlətlərin maraqlarını tarazlaşdırmağa məcburdur. O, bu ölkələrin seçiminin də məhdudlaşdırıldığını bildirir. Yaxın vaxtlarda Qırğızıstan prezidenti Almazbek Atambayevin dediyi kimi Ukrayna Avropa Birliyi və ya Gömrük İttifaqı arasında seçim edə bilər. Prezident Qırğızıstanın belə bir seçim etməyə imkanının olmadığını bildirir.

Müəllif qeyd edir ki, Avrasiya İttifaqının yaradılması haqqında razılaşmanın imzalanmasından bir həftə əvvəl Qazaxıstan prezidenti Nursultan Nazarbayev Çində səfərdə olub. Qazaxıstan dövlət başçısı Çinlə bir sıra iqtisadi sazişlər imzaladı.

Amerikalı ekspert qeyd edir ki, ABŞ keçən həftə regiondakı yeganə Hərbi Hava Qüvvələri bazası olan Manası bağladı. Kolumbiya Universitetinin eksperti Aleksandr Kuli isə Qırğızıstan prezidenti fərqli olaraq hesab edir ki, Çin Mərkəzi Asiya dövlətləri üçün Rusiyadan kənarda yeganə rəqabətə davamlı siyasi alternativdir. Amma o, eyni zamanda bildirir ki, Çin Rusiyanın regiondakı siyası çağırışlarını kənara atmaq üçün iqtisadi təsirindən istifadə etmək istəmir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm