Məşhur fotoqraf işdən qovuldu
Bizi izləyin

Dünya

Məşhur fotoqraf işdən qovuldu

Məşhur fotoqraf, "Pulitzer" mükafatının laueratı Narkiso Kontreras Suriyada vətəndaş müharibəsindəki döyüşlərdən birində çəkdiyi fotoda manipulyasiyalar etdiyinə görə Associated Press agentliyindən qovulub.


N.Kontrerasın çəkdiyi fotonun orijinalının sol küncündə videokamera var. Lakin fotoqraf sonradan manipulyasialar edib, fotoşopdan yararlanıb və o kameranı "yoxa çıxarıb".

AP bəyanat yayaraq bildirib ki, Kontrerasın Suriyada çəkdiyi 500 fotonu dərhal araşdırıb. Həmin fotolarda manipulyasiyalar aşkarlanmayıb.

"O kameranı diqqəti dağıtmasın deyə fotodan çıxardım. Qərarıma peşmanam", - N.Kontreras bildirib./Milli.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm