Xəstəxanada atışma
Bizi izləyin

Dünya

Xəstəxanada atışma

Xəstəxanada atışma

Xəstəxananın həyətində penitensiar maşından məhkumu qaçırmaq istəyən şübhəlilərlə hərbçilər arasında atışma baş verib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Qartal rayon xəstəxanasında müayinə üçün məhkum gətirən penitensiar xidmət maşınına hücum olub.

Belə ki, xəstəxananın həyətində bir avtomobil yolu kəsib. Avtomobildəkilər penitensiar xidmət maşınından məhkumu qaçırtmaq istəyiblər. Silahlı şəxslər atəş açdığından əsgərlər də onlara cavab veriblər. Məhkumu qaçıra bilməyəcəklərini anlayan şəxslər gəldikləri avtomobilə minərək hadisə yerindən sürətlə uzaqlaşıblar.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm