Ankaradan həyəcan: İŞİD Türkiyəyə girdi – Video
Bizi izləyin

Dünya

Ankaradan həyəcan: İŞİD Türkiyəyə girdi – Video

Ankaradan həyəcan: İŞİD Türkiyəyə girdi - Video

Özlərini “İraq və Şam İslam dövləti” adlandıran İŞİD qruplaşması Türkiyəyə girməyə hazırlaşır.

Axar.az “Vətən” qəzetinə istinadən xəbər verir ki, məsələ ilə bağlı Türkiyə hakimiyyəti hüquq mühafizə orqanlarına şok bir tapşırıq göndərib. Tapşırıqda İŞİD terror təşkilatının artıq Türkiyəyə girdiyi və bununla bağlı hazırlıq səviyyəsinin maksimuma çatdırılması bildirilib.

Rəsmilər həyəcan təbili çalır

Türkyəninin polis-ədliyyə sistemindən yerlərdəki polis idarələrinə göndərilən məlumatda həmin şəxslərin kimliyinin müəyyən edilmədiyi bildirilsə də, sərhədi gizlin keçməyə müvəffəq olmuş terrorçunun fotosu polislərə verilib.

Polis işçilərinə tapşılırıb ki, insanların sıx olduğu yerlər, Qərb ölkələrinin səfirlikləri, hava limanları, kütləvi tədbirlərin keçirildiyi məkanlar, dövlət binaları xüsusilə qorunmalıdır.

Qeyd edək ki, İŞİD üzvləri Mosula hücum edərək 28 türk sürücüsünü də əsir almışdılar. Mövzu ilə bağlı danışan Türkiyə Xarici İşlər naziri Əhməd Davudoğlu əsirlərin azad edilməsi üçün əllərindən gələni etdiklərini bildirib.

Türkiyə saatı ilə 10:00

Bu gün səhər saatlarında İŞİD üzvlərinin Mosula etdiyi hücumlar nəticəsində daha 4 türk sürücüsü əsir alınıb. Beləliklə, əsirlərin sayı 32 nəfərə çatıb.

Son məlumatda isə İŞİD üzvlərinin Mosuldan sonra bu dəqiqələrdə Kərkükə girdiyi və qanlı olayları orda törətmək üçün hərəkətə keçdiyi qeyd edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm