Gürcüstanda soydaşımızın haqqının bərpası qeyd edildi - Video
Bizi izləyin

Dünya

Gürcüstanda soydaşımızın haqqının bərpası qeyd edildi - Video

Gürcüstanda soydaşımızın haqqının bərpası qeyd edildi - Video

Gürcüstanın “Rustavi 2” telekanalı Marneulidə keçiriləcək seçkilərdən kənarlaşdırılan azərbyacanlı Əhməd İmamquliyevin namizədliyinin bərpasına geniş yer verib.

Axar.az sözügedən telekanala istinadən xəbər verir ki, soydaşlarımız məhkəmənin yekun qərarını böyük coşqu ilə qeyd ediblər.

Xatırladaq ki, bir neçə gün bundan öncə gözlənilmədən son 2 il ərzində İmamquliyevin ölkə ərazisində yaşamadığını əsas gətirən Marneuli Dairə Seçki Komissiyası onun namizədliyini ləğv etmişdi. Buna etiraz edən yerli sakinlər müvafiq qurumlardan ədalətli qərar çıxarılmasını tələb etdilər. Elə dünən günün ikinci yarısında məhkəmə azərbaycanlı namizədin şikayətini müsbət dəyərləndirdi.

Müxalifətdəki Vahid Milli Hərəkat Partiyasının (keçmiş prezident Mixail Saakaşvilinin lideri olduğu partiya) üzvü olan İmamquliyev qarşıdan gələn seçkilərdə Marneuli üzrə ən şanslı namizədlərdən sayılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm