Obama Sisini təbrik etdi
Bizi izləyin

Dünya

Obama Sisini təbrik etdi

Obama Sisini təbrik etdi

ABŞ prezidenti Misir prezidenti seçilən Abdülfəttah Əl-Sisiyə zəng vurub təbrik edib.

Publika.az istinadən xəbər verir ki, Obama ilə Sisi telefonla danışıb. Ağ Evdən verilən açıqlamada belə deyilir.

Obama Sisini təbrik edib və ABŞ-la Misirin ortaq maraqları naminə birgə hərəkət etməyə hazır olduğunu vurğulayıb. ABŞ prezidenti həmçinin rəsmi Vaşinqtonun Misir xalqına siyasi, iqtisadi və sosial dəstək göstərəcəyini bildirib.

Sisi də öz növbəsində Obamanın zəngindən dolayı məmnun olduğunu söyləyib və Misirdə yeni hökumət formalaşdırılmasına dəstək verdiyi üçün ona təşəkkürlərini çatdırıb.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm