Bir zamanlar Əfqanıstan...-FOTOLARDA
Bizi izləyin

Dünya

Bir zamanlar Əfqanıstan...-FOTOLARDA

Bir vaxtlar belə bir ölkə idi...

Bu gün Əfqanıstan deyəndə ağlımıza geridə qalmış, kasıblığın və vəhşiliyin pəncəsində olan bir ölkə gəlir.

Halbuki 1950-60-cı illərdə Əfqanıstan siyasi və ictimai baxımdan öndə olan ölkələrdən biri idi .

Kabildə doğulan Prof. Dr. Məhəmməd Humayun Qəyyumi 1950, 1960 və 1970-ci illərdə Əfqanıstanda qadınların necə yaşadığını göstərən şəkilləri kitabında nəşr edib.

Həmin şəkillər arasında Kabil Universitetində dərs fasilələrində çəkilmiş bir kadr var. Qərb geyimli qız və oğlan tələbələr bir yerdə vaxt keçirir.

Yenə də Kabil Universitetindən bir kadra yer verilib. Biologiya laboratoriyası...

Kabildəki Doğum Xəstəxanasında təcrübə keçən gənc tibb bacıları.

Yenə eyni xəstəxanadan bir şəkil. Gənc analara körpəyə baxmaq haqqında təhsil verilir. Bu gün isə xəstəxanalarda vəziyyət o qədər pisdir ki, bir yatağa iki uşaq qoyulur.

Şəkillərdən də göründüyü kimi tibb bacıları körpələrə yüksək səviyyədə baxır. Bu gün isə Əfqanıstanda doğan dörd körpədən biri beş yaşına çatmadan ölür.

O vaxt analar uşaqlarını parka apara bilirdi. Bu gün isə uşaqların açıq havada gəzməyi belə etibarsızdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm