Ukraynanın hərbi və kəşfiyyat sirlərini Moskvaya kimlər verib? - Siyahı
Bizi izləyin

Dünya

Ukraynanın hərbi və kəşfiyyat sirlərini Moskvaya kimlər verib? - Siyahı

Ukraynanın hərbi və kəşfiyyat sirlərini Moskvaya kimlər verib? - Siyahı

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və digər yüksək vəzifəli keçmiş məmurlar Rusiya ordusuna məxfi informasiyalar verib.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Ukrayna daxili işlər naziri Arsen Avakovun məsləhətçisi Anton Qeraşenko “Kanal-5”in efirində bildirib.

“Ukraynanın iki keçmiş müdafiə naziri hazırda Rusiyadadır. Ukrayna ordusu barədə informasiyaların daşıyıcıları olan bu şəxslər bütün informasiyanı Moskvaya veriblər. Bundan başqa, Dövlət Təhlükəsizlik Xidmətinin iki rəhbəri, xarici kəşfiyyatın keçmiş xidmət rəisi Qriqori İlyaşov və keçmiş Ali Baş Komandan Viktor Yanukoviç Rusiyadadır. Ukrayna güclərinin bütün maddi və mənəvi vəziyyəti barədə informasiyalar Rusiyaya verilib”,– Qeraşenko vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna bu cürə münaqişəyə hazır deyildi: “Bu hibrid müharibəsidir. Rusiya qoşununu rəsmi şəkildə Ukraynaya yeritməyib, amma muzdlularını göndərir. Onlar Yanukoviçin ailəsi tərəfindən maliyyələşdirilir. Ola bilər ki, başqa rus fondları tərəfindən”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm